Musiqi
Musiqi

Seksual qısnama, təhqir! Rəqqasələr məhkəməyə müraciət etdi

Seksual qısnama, təhqir! Rəqqasələr məhkəməyə müraciət etdi

Müğənni Lizzonun keçmiş rəqqasları ona qarşı Los-Anceles Ali Məhkəməsində iddia qaldırıblar.

OLAY yazır ki, buna səbəb ulduzun rəqabətli iş mühiti yaratmağı və seksual qısnama, çəki və əlilliklə bağlı ayrı-seçkilk, sui-istifadə hallarıdır. 

Avqustun 1-də Kristal Villiams, Arianna Davis və Noel Rodrigez məhkəməyə müraciət edərək, komandada olarkən reperin daim onları alçaltdığını bildiriblər. 

Onlar həmçinin Lizzonun prodüser şirkəti "Big Grrrl Big Touring"-ə, xüsusən də rəqs komandasının lideri Şirlen Quigley-ə qarşı da iddia qaldırıblar. 

Bildirilib ki, o, dini baxışlarını onlara təbliğ və zorla qəbul etdirib, nikahdan əvvəl cinsi əlaqədə olanları ələ salıb, eyni zamanda seksual fantaziyaları haqqında hekayələr danışıb.