Kanadalı reper Dreyk Vaşinqtonda baş tutan konsertindən 5 milyon dollardan çox qazanc əldə edib.
OLAY yazır ki, bununla da o, ABŞ-da bir konsertdən bu qədər pul qazanan ilk musiqiçi olub
Reper 28-29 iyul tarixlərində Vaşinqtonun "Capital One Arena"sında baş tutan hər iki konsertə görə, 5 milyon 32 min dollar qazanc əldə edib.
Qeyd edək ki, konsert üçün biletlərin ortalama qiyməti 300 dollardır. 2 günlük konsertə ümumilikdə 34 min dinləyici qatılıb.