Musiqi
Musiqi

Yataqdan qalxa bilmir

Yataqdan qalxa bilmir

Rusiyalı məşhur müğənni Alla Puqaçova bir müddət öncə İsraildən Yurmalaya köçərək burada ən bahalı villanı icarəyə götürüb. 

OLAY yazır ki, həmin müddətdən indiyədək sənətçi heç yerdə görüntülənməyib. 

Rusiya estradasının primadonnası yaxın rəfiqəsi Layma Vaykulenin musiqi festivalını da ziyarət etməyib. 

Ehtimal edilir ki, Puqaçovanın səhhətində problem yaranıb. Buna səbəb isə İsraildən Latviyaya uzun müddətli uçuşdur. İfaçının əsasən ürəyi ilə bağlı problemin ola biləcəyi də deyilir. 

Alla Puqaçova yataqdan qalxa bilmir. Villada isə onun ailə üzvlərinin olduğu qeyd edilib.