Musiqi
Musiqi

Hiss Bakıda izdiham yaratdı

Hiss Bakıda izdiham yaratdı

Müğənni Hiss isti yay günlərində Dənizkənarı Milli Parkda konsert proqramı ilə çıxış edib.

OLAY yazır ki, konsertə saatlar qalmış Hissi izləmək istəyənlər məkana axın ediblər. Açıq havada baş tutan gecədə müğənni repertuarında yer alan sevilən hitləri ard-arda səsləndirib. Səhnədə Hissi "NERO" rəqs qrupu müşayiət edib. Bir saat çəkən tədbirdə müğənni bir-birindən iddialı iki libası ilə sevənlərini heyran edib.  28 yaşlı ulduz saç düzümündəki dəyişiklik ilə də diqqət çəkib.

Hiss fanatları ilə ünsiyyət qurmağı da unutmayıb. İzləyiciləri salamlayan ifaçı "Xoş gəlmisiniz? Necəsiniz? Buradan hamınız çox gözəl görsənirsiniz. Bütün mahnılarımı mənim ilə birgə oxuduğunuz üçün də təşəkkür edirəm. Hamınızı çox istəyirəm" deyə, bildirib. 

Tamaşaçıların istəyi ilə Hiss "Karma" və "İstəmirəm" mahnısını iki dəfə səsləndirib. Fanatları mahnıları müğənni ilə birgə ifa ediblər.

Qeyd edək ki, sənətçi yaxın günlərdə yeni mahnı və klip təqdim edəcəyinin də müjdəsini verib.