Musiqi
Musiqi

15 milyon ödədi, yenə borcu var

15 milyon ödədi, yenə borcu var

Sosial media hesablarında tez-tez canlı yayımlar edən müğənni Serdar Ortaç borcları ilə yenidən gündəmə gəlib.

OLAY yazır ki, daha əvvəl 15 milyon TL borc ödədiyini deyən müğənni evinə gələn ödəniş kağızını görən zaman üsyan edib.

"15 milyon TL borcumu ödəyib çox şükür sıfırladım. İndi özüm üçün işləmək vaxtıdır. İnşallah bu dəfə pulu əlimdə saxlaya bilərəm" - deyə ifaçı bildirib. 

Həmin vaxt isə evə yeni ödəniş qəbzinin gəlməsi Ortaçı özündən çıxıb. O,  həmin borcu ödəməyəcəyini vurğulayıb.