Elvis Preslinin yeganə qızı Liza Mari bariatrik cərrahiyyədən sonra baş verən ağırlaşma səbəbindən dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə Los-Anceles məhkəmə-tibbi ekspertizasının hesabatında qeyd edilib.
Məlumatda bildirilib ki, müğənniyə ölümündən bir neçə il əvvəl edilən arıqlama əməliyyatı nazik bağırsağında tıxanmaya səbəb olub.
Bu da onun ölümü ilə nəticələnib.
Liza Mari Presli 1968-ci ildə anadan olub. O, müğənni Maykl Ceksonun dul arvadı və aktyor Nikolas Keycin keçmiş həyat yoldaşı olub.
Müğənni yanvarın 12-də 55 yaşında ürək tutması səbəbindən xəstəxanaya yerləşdirildikdən bir gün keçməmiş xəstəxanada vəfat edib.