Musiqi
Musiqi

Tom Kruz, Hemilton indi isə... - Şakiranın yeni sevgilisi odur

Tom Kruz, Hemilton indi isə... - Şakiranın yeni sevgilisi odur

Futbolçu Jerar Pike ilə 11 illik münasibətinə son qoyan kolumbiyalı müğənni Şakiranın adı bir müddət "Formula 1" pilotu Lyuis Hemilton və aktyor Tom Kruzla hallanıb. 

OLAY yazır ki, ifaçı haqda yeni iddia irəli sürülüb. 

Şakiranın NBA ulduzu Cimmi Batler ilə yeni münasibətə başladığı bildirilib. 

Ötən gecə futbolçu ilə 46 yaşlı müğənninin Londonda restoranlardan birində şam ediblər. 

Restoranı ayrı-ayrılıqda tərk edən 33 yaşlı "Mayami Heat" ulduzu və müğənnini Batlerin cangüdənləri maşınına qədər aparıblar. Cütlük restoranda olduqca səmimi görünüblər.