Musiqi
Musiqi

İstirahət etdiyi villaya ayda 15 milyon ödəyir

İstirahət etdiyi villaya ayda 15 milyon ödəyir

Rusiyalı məşhur müğənni Alla Puqaçova Yurmalada (Latviya) elit “Marta” villasını icarəyə götürüb. 

OLAY yazır ki, onun icarəsinin dəyəri ayda təxminən 15 milyon rubl təşkil edir. 

Sözügedən villanın orta icarə qiyməti ayda 35 min avrodan başlayır. Yay mövsümündə isə bu qiymət ayda 150 min avroya yüksəlir. 

Qeyd olunur ki, müğənni hər yay Yurmala kurortunda istirahət edir. Bu il iyulun əvvəlində ailəsi ilə gəlib və dərhal 210 kvadratmetrlik villa kirayələyib.

Malikanədə rahat yaşamaq üçün hər şeylə təmin olunub. Burada geniş qonaq otağı, mətbəx, iki yataq otağı, kinoteatr zalı və hətta daşlı şəxsi bağça var.

İyulun sonunda isə Puqaçova rəfiqəsi Layma Vaykulenin "Laima Rendezvous Jurmala 2023" festivalında iştirak etmək niyyətindədir.