Müğənni Serdar Ortaç bir müddət öncə ən sevilən mahnılarından biri olan "Bilsem ki"ni həmkarı Mehmet Çevikə ifa edib və kamera qarşısına keçib.
OLAY yazır ki, klipdə istifadə edilən tabutu Bursadakı anbarında saxlayan Mehmet Çevik tabutun yerində olmadığını görüb.
Anbarından yalnız tabutun oğurlandığını görən Çevik "Məqsədim oğurluq deyil. Bir pərəstişkar olaraq klipdə istifadə olunan tabutu sizdən xatirə olaraq saxlamaq istəyirəm" yazısı ilə qarşılaşıb.
Mehmet Çevikin fanatı olduğunu deyən şəxsdən şikayətçi olmadığı öyrənilib.