Musiqi
Musiqi

İtləri ilə bağlı məhkəmədə qalib gəldi

İtləri ilə bağlı məhkəmədə qalib gəldi

Müğənni Ledi Qaqa itlərini oğurlamaqda iştirak edən şəxsə qarşı məhkəmədə qalib gəlib.

OLAY yazır ki, Cennifer Makbrayd adlı qız fransız buldoqlarının tutulmasına görə vəd edilən 500 min dollar mükafatı ala bilmədiyi üçün müğənnini məhkəməyə verib. Hakimin sözlərinə görə, bu işdə mühüm detal Makbraydın eyni ev heyvanlarını oğurlamaqda təqsirli bilinməsi və onun günahını etiraf etməsi olub.

Qeyd edək ki, 2021-ci ilin fevral ayında naməlum şəxslər Ledi Qaqadan iki fransız buldoqunu oğurlayıblar. 

Həmin şəxslər müğənninin Los-Ancelesdə ev heyvanlarını gəzdirən köməkçisinə atəş açıb və itləri qaçırıblar. Müğənni onların geri qayıtması üçün 500 min dollar mükafat təklif edib və bir neçə gün sonra buldoqlar geri qaytarılıb.

Daha sonra müğənni Ledi Qaqanın iki fransız buldoqunu qaçırmaqda və bu itləri gəzdirən köməkçisi Rayan Fişeri öldürməyə cəhddə ittiham olunanlardan biri olan Ceyms Hovard Cekson 21 il müddətinə azadlıqdan məhrum edilib. 

Polis Makbraydın cinayətin ortağı olduğunu müəyyən edib. Məhkəmə ona iki il sınaq müddəti verib.