Türkiyəli məşhur müğənni Işın Karaca “İnstaqram” hesabında saçsız fotolarını paylaşaraq xəstəliyə tutulduğunu açıqlayıb.
OLAY yazır ki, ifaçı paylaşımına "Gizlətmək getdikcə çətinləşir" deyərək “Alopesi areata” (saç tökülməsi) xəstəliyindən əziyyət çəkdiyini bildirib.
“Gördüyünüz kimi, saçım, qaşlarım yoxdur. kirpiklərim yoxdur. Əslində bədənimin heç bir yerində tüklə bağlı heç nə yoxdur. Bu günə qədər lazer epilyasiya verdiyim pula heyifim gəlir. Ən çətin günümdə belə sizdən xəbərsiz parik taxıb mahnılarını oxudum. Çünki həyat bunu tələb edirdi” – deyə Karaca yazıb.
O bildirib ki, xərçəng müalicəsi almır.