Musiqi
Musiqi

Konsertində etirazçılarla üz-üzə qaldı

Konsertində etirazçılarla üz-üzə qaldı

Ukraynalı müğənni Svetlana Loboda Xarkovda küçə konserti zamanı 16 yaşlı qızla mübahisə edib. 

OLAY yazır ki, buna səbəb yeniyetmənin "Lobodasız Xarkov" plakatı ilə onun çıxışına etiraz etməsi olub. 

"Əzizim, səni kim göndərib? Sənə pulu kim verib?" - deyə Loboda etirazçıdan soruşub. 

Cavabında qız müğənninin saxta vətənpərvərliyinə inanmadığını bildirib. Bu zaman orada iştirak edən şəxslər "Lobodasız Ukrayna!" deyə qışqırmağa başlayıblar.