Musiqi
Musiqi

Aslixanla Tibu bir-birini ələ saldı

Aslixanla Tibu bir-birini ələ saldı

Reperlər Aslixan və Tibu arasında gərginlik yaşanıb.

OLAY yazır ki, sənətçilər 8 iyulda baş tutması planlaşdırılan “battle”dan öncə bir-birilərinin ünvanına ağır sözlər səsləndiriblər. 

Belə ki, Aslixan əvvəlcə həmkarına “Sibu” adlı diss atıb. O həmçinin Tibunun “battle” çıxışlarından birini paylaşaraq onu ələ salıb.

Tibudan həmkarına cavab gecikməyib. “Görünən odur ki, rəqibim çox rahatdır. Ona deyin ki, Tibu 3 il əvvəlki Tibu deyil”, - deyə, reper bildirib.

Bunun ardınca o, Aslixanın Əməkdar artist Xumar Qədimovaya boyunbağı hədiyyə etdiyi anları paylaşaraq istehza ilə “Bu da rəqibim” sözlərini yazıb. Sənətçi Aslixanın illər öncə Xəzər TV-yə lağ etdiyi, daha sonra kanalın efirinə çıxdığı anları da bölüşməyi unutmayıb. Reper bununla kifayətlənməyib, o, 3 saat ərzində Aslixana rediss yazıb və yayımlayıb.

Trekdə “Sarı pişik”, “Səni Hiss də qırdı”, “Noton da bilir yek kimdir” kimi ifadələr yer alıb. Həmçinin Tibu Aslixanın ona yazdığı dissi zəif kimi qiymətləndirib.