Xalq artisti Nisə Qasımova bir müddət əvvəl insult keçirdiyini etiraf edib.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Müğənni bildirib ki, xəstəlik səbəbi ilə uzun zaman danışmaqda çətinlik çəkib:
“İnsult mənə Allahın lütfü idi. Çox başqa şeylər ola bilərdi. Amma ən yüngülü oldu. Bu müddətdə insana lazım olan bir çox şeyi öyrəndim. İnanmırdım ki, sağalaram.
Çünki dilim, danışığım, səsim yox dərəcəsində idi. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Mən heç danışa bilmirdim. Qəm-qüssə bürümüşdü. İçimdə bir inam var idi, o da itmişdi. Həkimim isə məndə inam yaratdı. Ondan əvvəlki həkimlər demişdi ki, sən oxuya bilməyəcəksən. Xəstəlikdən əvvəl mənim mahnılarım var idi”.
Qeyd edək ki, bir müddət əvvəl ifaçının insult keçriməsi ilə bağlı xəbərlər yayılsa da, onun köməkçisi bunu yalanlamışdı.