Musiqi
Musiqi

Albomu ilk pillədədir!

Albomu ilk pillədədir!

Xalq artisti Röya Ayxanın “14/41” albomu dijital platformalarda yüksəlməyə davam edir.

OLAY yazır ki, 4 gün öncə təqdim edilən mahnı “Apple Music”də Azərbaycan üzrə ən çox yüklənən albom ünvanına sahib olub.

Bundan başqa alboma daxil olan “Onun xəstəsiyəm” adlı ifa ölkəmiz üzrə “Ən çox yüklənənlər 100” siyahısında 17-ci, “Tez gəl” mahnısı 30-cu, “Biri var” 45-ci, “Nə yaxşı varsan” 62-ci, “Qatilim” 63-cü pillədədir.

Siyahıda R.Ayxanın albomdan əlavə 3 hiti yer alır. “Gəl danış”, “Dəli kimi”, “Bahar”la birlikdə Xalq artistinin TOP 100-də 8 mahnısı var. Bununla da sənətçi dünya hitlərinin olduğu TOP 100-də ən çox mahnısı olan yerli sənətçidir.

Qeyd edək ki, “14/41” albomuna 14 mahnı daxildir. Rəqəmsal platformalardan sonra tamaşaçıların çoxsaylı istəyini nəzərə alaraq mahnılar Yutub-a da yüklənib.