Tanınmış reper Paster (Pərviz Quluzadə) iyulun 1-də Elektra Events Hall-da solo konsert verəcək.
OLAY yazır ki, tədbirə sənətçinin fanatları regionlardan birbaşa avtobuslar hərəkət edəcək. Reper bu addımı ilə regionlarda yaşayan pərəstişkarlarına da konsertdə iştirak etmək imkanı yaradır.
Avtobuslar iyulun 1-i Gəncə, Lənkəran və Şəkidən saat 12:00-da Bakı istiqamətində hərəkət edəcək. Konsert bitdikdən sonra isə regionlardan gələn dinləyiciləri geri qaytaracaqlar.
Qeyd edək ki, Pasterin 27 aprel tarixində işıq üzü görən “Çirkin” albomu artıq 1 milyondan çox çox dinlənilmə toplayıb.