Əməkdar artist Xəyyam Nisanov Azərbaycanı Avroviziyada təmsil edən məşhur müğənni Araşla görüşüb.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat verib. Xəyyam Rusiyada keçirilən məclislərin birində Araş ilə bir araya gəlib, foto çəkdirərək hesabında paylaşıb. Xəyyam fotoya “qardaş” şərhini yazıb. Sənətçi bununla bağlı sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Araş 2009-cu ildə Aysel Teymurzadə ilə birlikdə Rusiyada keçirilən Avroviziya mahnı müsabiqəsində “Always” adlı mahnı oxumuş, üçüncü yeri tutmuşdu.