Musiqi
Musiqi

Xosenin Dadoya cavabı gecikmədi

Xosenin Dadoya cavabı gecikmədi

Repçi Elşad Xose həmkarı Dadonun onun haqqında qalmaqallı danışmasına münasibət bildirib.

Xose OLAY-a açıqlamasında əvvəldən Dado ilə yaxın olmadığını qeyd edib.

“Aramızda heçnə olmayıb, onlar şəxsi məsələlərdir. Danışmağın mənası yoxdur. Hər şey qaydasındadır. Biz o dərəcədə də yaxın olmamışıq ki, aramızda nəyisə inciklik də olsun. İndi həyatdı da, hər kəsə vaxt ayıra bilmirsən, amma belə heç bir problem yoxdur. 

Sabahdan salamlaşada bilərik. Bəlkə də son vaxtlar vaxt ayırmırıq deyə inciyib, bilmirəm. Mübahisəyə səbəb olan məsələ o qədər də vacib məsələ deyil ki, mən ona uzun zaman xərcləyib danışım. Bu söhbətlərin vacibliyi 30 saniyədir” – deyə o, bildirib.

Samirə Sərkər