Rusiyanın populyar müğənnisi Zemfira Ramazanova Fransa vətəndaşlığını alıb.
OLAY yazır ki, o, bir ildən çoxdur ki, bu ölkədə aktrisa Renata Litvinova ilə yaşayır.Bundan əlavə, onlar Parisdə ifaçılıq sənəti sahəsində “Renata” şirkəti yaradıblar.
atırladaq ki, Ədliyyə Nazirliyi Zemfiranı 2023-cü ilin fevralında xarici agentlərin reyestrinə daxil edib. İdarədən bildirilib ki, sənətçi açıq şəkildə Ukraynanı dəstəkləyib, xüsusi hərbi əməliyyata qarşı çağırışlarla dost olmayan ölkələrdə konsertlər verib və xarici mənbələrdən dəstək alıb.
May ayında müğənni Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldıraraq xarici agent statusunun götürülməsini tələb edib.