Britaniyalı müğənni və bəstəkar Tom Odell Bakıya gəlir.
OLAY yazır ki, sənətçi iyunun 21-də Bakı Konqress Mərkəzində səhnəyə çıxacaq.
Qeyd edək ki, Odell 7 yaşından pianoda ifa etməyə və daha sonra öz mahnılarını bəstələməyə başlayıb. Odellin ən məşhur mahnıları “Another Love”, “Real Love”, “Heal” və “Grow Old With Me”dir.
O, musiqisinə görə bir sıra mükafatlar, o cümlədən, 2014-cü ildə ən yaxşı kişi solo albomu üçün “BRIT Awards” ödülü alıb.