Böyük Britaniya kralı III Çarlz Bukingem sarayında mərhum müğənni Tina Törnerin xatirəsini ehtiramla yad edib.
OLAY yazır ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. “Welsh Guards Band” Uels Mühafizə Korpusunun 1-ci Batalyonu ilə birlikdə Bukingem Sarayının qarşısında qarovul dəyişikliyi zamanı Tina Turnerin 1989-cu ildə hit olan “The Best” mahnısını ifa edib.
Mərhum müğənninin pərəstişkarları III Çarlzın bu jesti ilə təsirləniblər: “Bu, heyrətamizdir”, “Əfsanəyə gözəl hörmət”, “Bu hərəkətə görə krala təşəkkür edirəm! Mən ölkəmizi sevirəm”, “Təşəkkür edirəm Karl, çox gözəl idi”,- deyə bildiriblər.
Qeyd edək ki, III Çarlz Tina Törnerlə 1986-cı ildə “The Prince's Trust” xeyriyyə fondunun tədbirində çıxış edərkən tanış olub.