Musiqi
Musiqi

Selin Dionun vəziyyəti ağırdır

Selin Dionun vəziyyəti ağırdır

Sağalmaz xəstəliyə düçar olan dünyaca məşhur müğənni Selin Dionun vəziyyəti yaxşı deyil.

OLAY yazır ki, sənətçi uzun müddətdir təxirə saldığı layihələri barədə İnstaqram hesabında məlumat paylaşıb.

O, heyranlarına məyusluğunu bildirərək, ürək sözlərini insanlara çatdırıb:

“Hamınızı məyus etdiyim üçün çox üzr istəyirəm. Gücümü bərpa etmək üçün çox çalışıram, lakin qastrol səfərləri çox çətin ola bilər. Şouları təxirə salmağınız ürəyimi parçalasa da, ən yaxşısı mən yenidən səhnəyə qayıtmağa hazır olana qədər hər şeyi indi ləğv etməkdir. Hamınızın bilmənizi istəyirəm, mən sizi görməkdən imtina etmirəm... Sizi yenidən görməyə səbirsizlənirəm!”.

Xatırladaq ki, S.Dion ağır dərəcəli nevroloji xəstəlikdən əziyyət çəkir.