Musiqi
Musiqi

200 milyon dollara ev aldıqları üçün tənqid edilirlər

200 milyon dollara ev aldıqları üçün tənqid edilirlər

Pərəstişkarları Beyons və Cey Zinin 200 milyon dollarlıq malikanəsini bunkerlə müqayisə edərək tənqid ediblər.

OLAY yazır ki, cütlük Kaliforniyanın ən bahalı evi sayılan malikanəni 200 milyon dollar satın alıblar. Sonradan məlum olub ki, cütlük evin pulunu nağd ödəyib.

Köşkün böyüklüyünə və rekord qiymətinə baxmayaraq, ulduzların pərəstişkarları bu evin alınmasını yüksək qiymətləndirmirlər.

Cütlüyün bir çox fanatı ümumi sahəsi 2787 kvadratmetr olan evin görünüşünü lağa qoyub, onu Amerikada məşhur olan Kostko anbarı ilə müqayisə ediblər. Köşkün İkinci dünya müharibəsindən qalan həbsxana və bunkerə bənzədənlər də var.

“Tikinti anbarına bənzəyən 200 milyon dollarlıq belə çirkin evləri necə ala bilmələri məni heyrətləndirir”, “Onlar sadəcə həbsxana ala bilərdilər, çünki bu evlə eyni görüntüdədir”, “Bu ev İkinci dünya müharibəsindən qalma bunkerə bənzəyir”, - deyə, ulduzların pərəstişkarları yazıblar.