Bakıda “2000-lərin əfsanəsi” adlı konsert keçiriləcək.
OLAY yazır ki, 17 iyunda Yaşıl Teatrda baş tutacaq gecədə 2000-ci illərdə hit mahnıları ilə ön plana çıxan sənətçilər yer alacaq.
Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Almaz Ələsgərli, Manana Caparidze, müğənnilər Samir Bağırov, Elnarə Xəlilova, Emma Ələkbərzadə, Elnur Məmmədov, Samira AliMaryam və Nazim Pişyari (Faytonçu Nazim) səhnədə sözügedən dönəmlərdə dillər əzbəri olan mahnılarını səsləndirəcək.
Gecənin aparıcısı 2000-ci illərin TV ulduzu Kamran Həsənlidir. Tədbir təkcə konsert proqramı ilə deyil, nostalji hisslər yaşadan digər məqamları ilə də diqqət çəkəcək. Gecəyə biletlər 15 manatdan başlayır.