Türkiyədəki seçki prosesi bir çox maraqlı məqamları üzə çıxarıb.
OLAY yazır ki, tanınmış simaların fəal iştirak etdiyi səsvermə ilə bağlı sosial şəbəkələrdə müzakirə davam edir.
Bir diqqət çəkən məqam isə İmparator ləqəbli müğənni İbrahim Tatlısesin qızı Dilan Çıtak Tatlısesin paylaşımı olub.
Belə ki, uzun illərdir Receb Tayyib Erdoğana yaxınlığı ilə bilinən və onu dəstəklədiyini bildirən ifaçının övladı Kemal Kılıçdaroğluna səs verib.
Dilan seçkinin əvvəlindən Kılıçdaroğlunu dəstəkləyib, son paylaşımında isə izləyicilərini ikinci turda da səsverməyə çağırıb.
Həm də o, Kılıçdaroğlunun simvoluna çevrilən əli ilə tutduğu ürək işarəsindən istifadə edərək tərəfini bəlli edib.