Türkiyənin mərhum sənətçisi Kayahanla uzun illər boyu çalışmış müğənni Nilüfer onun haqqında açıqlamalar verib.
OLAY yazır ki, 67 yaşlı ifaçı dostu ilə tanışlığından və aralarındakı küsülülük barədə danışıb:
“O, məni tapdı. “Avroviziya” üçün bir mahnı hazırlamışdım. “Bərabər oxuya bilərik?” – dedi. Qəbul etdim, amma mahnı Türkiyə seçimlərində problem yaşadı. Ondan sonra Kayahanla haradasa 20 il birlikdə çalışdıq.
Bir dəfə bir-birimizə əsəbiləşdik. Uğuru paylaşmaq çətindir. Eqolar araya girir. Duyğularımızla hərəkət edən insanlar idik. İncikliklər ola bilir. İki tərəf də inad edəndə işlər bir az uzana bilər. Ta ki, onun xəstəliyinə qədər. Mən səhhətində problem yarandığını eşidib yanına getdim Sonra tez-tez görüşdük. Kayahan bu sənətin əziyyətini çəkmiş biridir. O, mahnılarını günlərlə zəhmət çəkərək hazırlayır. Dostumun həyatdan zövq almasını istəyirdim”.
Qeyd edək ki, Kayahan 2015-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Usta sənətçinin Nilüferlə uzun müddət eşq yaşadığı deyilirdi.