Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşan müğənni-bəstəkar Murad Arif bununla bağlı paylaşım edib.
OLAY yazır ki, o, çox sayda biletinin satıldığını bəyan edib.
Bundan başqa, sənətçi paylaşımda bu sözləri yazıb:
“Sevənlərin gözü aydın. 2 həftə sonra konsertdir və biz tam bir “Sold-out” üzərəyik! Boz yerlər alınıb. Bunu “Murad Heydər Əliyev adına sarayda bilet satmaz” deyənlərə göstərin. Heç vaxt heç kəsin gücünü xəfif dəyərləndirməyin. Tanrı ucaltdığını endirmək mümkün deyil. Şükür olsun, bu dəfə də utandırmadı. Son biletlər satışda... Az qalıb, tələsin!”.
Qeyd edək ki, konsert mayın 19-u baş tutacaq.