İticket.az platforması dünyaca məşhur Amerika qrupunun Imagine Dragons-un Bakı ilə bağlı açıqlama verib.
OLAY yazır ki, buna səbəb qrupun pərəstişkarları onlayn bilet alarkən dəyərin 10%-i həcmində əlavə xidmət haqqının tutulması faktı ilə üzləşməsi və bu barədə tənqidi statuslar yazmasıdır.
iTicket.az saytın instagram sosial şəbəkəsindəki səhifəsində hazırkı vəziyyətlə bağlı açıqlama verib.
Bəyanatda deyilir: “Nəzərinizə çatdırmaq istərdik ki, bütün xərclər, iTicket xərcləri daxil olmaqla hər şey biletin qiymətinə daxildir. Hər bir təşkilatçı ilə razılaşma fərqli olur.
Sənətçilərin istəyi ilə biletlərlə bağlı xərclər ayrıca göstərilib. Təbii ki, biletlərin qiymətini 50 yox, 55, 450 yox, 495 manat müəyyən edə bilərdik. Ona görə də sosial şəbəkələrdə bizə qarşı edilən hücumları başa düşmürük.
Başqa ölkələrdəki bilet sisteminə diqqət yetirsəniz, bu təcrübənin hər yerdə tətbiq olunduğunu görə bilərsiniz. Əlimizdən gələni etdik ki, Azərbaycanda ilk dəfə idman yarışları ilə bağlı deyil, böyük bir konsert keçirək, bunu davam etdirəcəyik, həm də sizin yaxşı əhval-ruhiyyəniz üçün çalışırıq”.
Qeyd edək ki, konsert sentyabrın 2-də Bakı Kristal Zalında keçiriləcək.