Musiqi
Musiqi

Paster yeni albomu üçün fotolarını sildi

Paster yeni albomu üçün fotolarını sildi

Tanınmış reper Paster (Pərviz Quluzadə) çoxdandır səbirsizliklə gözlənilən “Çirkin” adlı yeni albomunu dinləyicilərin ixtiyarına verib. Bu münasibətlə reper hətta instaqram hesabından bütün fotolarını silib və sadəcə alboma daxil olan treklərdən bəzi hissələr paylaşıb.

OLAY yazır ki, alboma daxil olan treklər “Synaps Records”ın yutub kanalında təqdim olunub.

14 trekdən ibarət olan albomun orijinal koverləri üzərində Əsəd Sultanlı çalışıb.

 “Bu dəfə albom ümumiyyətlə eksperimantaldır. Fikirləşirdik ki, necə edə bilərik ki, kover maraqlı alınsın. Müxtəlif ideyalar var idi. Sonra Əsəd öz ideyasını irəli sürdü, biz də ona rəqəmsal kover üzərində işləməyi təklif etdik. Beləliklə hər mahnının mövzusuna uyğun kover yaratmağa qərar verildi. Əsədin rəssamlıq tərzi də özünəməxsusdur, o, beyninin daxilində olan düşnücələri kağıza köçürür”, - reper bildirib.

Məlumat üçün bildirək ki, albom bir neçə gün əvvəl işıq üzü görsə də, hər bir kompozisiya ayrı-ayrılıqda kifayət qədər baxış sayı toplayıb. Həmçinin qeyd etmək yerinə düşər ki, albomda Zəngəzur milli musiqisi üzərində yazılan “Zəngəzur” trek xüsusilə diqqət çəkib.