Ukraynalı müğənni Ruslana Avroviziya - 2023 səhnəsində çıxış etməyəcək.
OLAY yazır ki, bu barədə qərb KİV-i məlumat yayıb. Meneceri Yana Pryadko mediaya bildirib ki, ifaçı Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək builki beynəlxalq şouya dəvət almayıb. Eyni zamanda Ruslana Avroviziya dönəmində Böyük Britaniyada olacaq və buna görə də Kiyevdə bir çıxış hazırlamayacaq.
Qeyd edək ki, sənətçi mayın 9-da İngiltərə Milli Operası ilə birgə çıxış edəcək. Mayın 12-də Avroviziyanın əsas tərəfdaşı “TikTok Eurovision Legends” layihəsində iştirak edəcək.
Xatırladaq ki, Ruslana 2004-cü ildə Avroviziya qalibi olub.