Musiqi
Musiqi

Kral Avroviziya səhnəsinin açılışını etdi

Kral Avroviziya səhnəsinin açılışını etdi

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla bu il 67-ci Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək “M&S Bank Arena”da olublar.

OLAY yazır ki, Kral və Kraliça yarışmaya hazırlaşan yaradıcı heyətlə görüşüb. Çarlz və həyat yoldaşı, həmçinin ukraynalı müğənni Culiya Sanina, Ted Lasso aktrisası Hannah Waddingham və BBC Radio 2-nin şərhçiləri Rylan və Scott Mills kimi Avroviziya simaları ilə söhbət edib.

Kral və Kraliça bu il müsabiqədə İngiltərəni təmsil edəcək müğənni Mae Muller ilə də görüşüblər.

Həmçinin, krallıq üzvləri Avroviziya səhnəsinin açılışını edib.