“HammAli & Navai” duetinin üzvü kimi tanınan reper Aleksandr Əliyev fanatı tərəfindən təqib olunmasından danışıb.
OLAY yazır ki, onun sözlərini Beşinci Kanal sitat gətirib. Musiqiçinin sözlərinə görə, o, izləyici fanatına görə polisə müraciət edib. HammAli qızın diqqətindən narahat olduğunu etiraf edib.
O həmçinin bildirib ki, imtinadan sonra pərəstişkarı hədə-qorxu ilə onun diqqətini cəlb etmək qərarına gəlib və bu, hətta sənətçini qorxuya salıb.
A. Əliyev fanatlarla ünsiyyətin əleyhinə olmadığını, ancaq məsafə saxlamağa üstünlük verdiyini bildirib: “Nadir də olsa, qadınların təcavüz etdiyi, bəzi qeydlər buraxdığı, şəxsi məkanınıza girməyə çalışdığı, mənzilin qarşısında gözləməsi xoşagəlməz haldır”.