Xalq artisti Fidan Hacıyevanın övladı 10 yaşlı Çarlz Emin Neylor Ümumilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə mahnı bəstələyib.
OLAY yazır ki, gənc istedadın “Öndər” adlı ilk bəstəsinin sözlərinin müəllifi Xalq şairi Vahid Əzizdir.
Fidan Hacıyevanın ifasında səslənən mahnının klipi də tezliklə musiqisevərlərə təqdim olunacaq.
Azərbaycanın dövlət quruculuğu tarixində əvəzsiz xidmətləri olmuş dahi siyasətçinin həyatından ilhamlanaraq yazılmış musiqinin aranjemanı Zaur Əlinindir.