Musiqi
Musiqi

Günay İbrahimliyə rəsmi cavab!

Günay İbrahimliyə rəsmi cavab!

Dövlət Dil komissiyası yanında Monitorinq Mərkəzinin rəhbər müavini Gülarə Emirova müğənni Günay İbrahimliyə cavab verib.

OLAY yazır ki, bu barədə o, “Səhərin səsi” verilişində danışıb.

G. Əliyeva Günayın mahnısının “Mahnılarımız monitorinq aynasında” kitabında yer almasına etiraz etməsi haqda bu sözləri deyib:

“Günay xanım öz sənəti ilə sevilən müğənnidir. Biz də onun mahnılarını sevərək dinləyirik. “O kimdir ki” mahnısının aqressiv davranışları təbliğ etməsi ilə bağlı siyahıda yer almasına səbəb ifadələrdir. Həm də həmin siyahıda mövzunun kəskinliyi yuxarıdan aşağıya doğru sıralanıb. O mahnı da ən aşağı pillədədir. “O kimdir”, “Deyin səsini kəssin” kimi aqressiv ifadələrin işlədilməsi bizim gəncliyin dilinə yaraşmır”.