Müğənni Nadir Rüstəmli “Avroviziya” təmsilçilərimiz haqqında fikirlərini bildirib.
O, bu barədə OLAY-a danışıb:
“TuralTuranX çox möhtəşəm insanlardır və mahnıları əyləncəli, kreativdir. Düşünürəm ki, Avroviziya ya bir maraq qatırlar. Onu deyim ki, açığı klipləri daha da yaxşı ola bilərdi. Təmsilçilərmiz uğurludur, yaxşı nəticə göstərəcəyimizə inanıram! Eldarın yönləndirməsini mən görmüşəm, bilirsiniz ki, “Səs Azərbaycan”da mənim müəllimim olub və nəticə göz qarşısındadır biz birlikdə qalib olduq. Eldarın dəsti- xətti, onun siyasəti çox mükəmməldir. Bir insan ki, Eldarın himayəsi altındadırsa, orada bir möhtəşəmlik var. Məncə top 10- da olarlar, inşallah! Bu, yaxşı nəticədir ”
“Avroviziya”ya yenidən qatılmaq istəyindən danışan Nadir, bu barədə təklif gözlədiyini də gizlətməyib:
“Eldarın bu barədə fikrini bilmirəm, amma bir neçə nəfərdən eşitmişəm ki, mənim yenidən yarışmaya qatılmağımı istəyirlər, hətta bundan əmindirlər. Özüm də çox istəyirəm, çünki bəzi nüanslar ürəyimdə qaldı. Yer sadəcə rəqəm idi, amma mənə orda haqsızlıq olundu. Bu dəfə getsəm, daha dinamik mahnı düşünürəm və artıq təcrübəm də var. Bu dəfə daha açıq sözlü olmağı düşünürəm. Ən əsası isə saçımı kəsdirməyəcəm”.
“Beynəlxalq yarışmaya kiminlə getmək istəyərsən” sualına isə Nadir daha çox kişi müğənnilərin adını çəkərək cavab verib:
“Bilirsiniz ki, Elnur Hüseynovla bizim səsimizi çox oxşadırlar. Söhbət səsdən gedirsə, elə Elnurla birlikdə getmək istəyərəm. Çingiz Mustafayev və ya Eldarın özü ilə getmək istəyərəm. Bilmirəm o, gedər, ya yox! Çünki artıq bəlkə də zirvədə buraxıb. Alim Qasımovla birgə getmək istəyərəm”.
Ən böyük arzusundan danışan Nadir “Qremmi” mükafatı almaq istədiyini və bunun üçün çalışdığını etiraf edib:
““Qremmi” mükafatı istəyirəm. İstəylərim, arzularım və planlarım içində bu var. Təbii ki, ora xarici dildə mahnılar lazımdır. Azərbaycan dilində olan ifa ilə niyə sənə o mükafatı versinlər ki. Ona görə də, xarici dildə də mahnılarımız olacaq”.
Kəmalə Bədəlova