Braziliyalı ulduz Anitta 11 ildən sonra “Warner Music” ilə yollarını ayırıb.
OLAY yazır ki, o, musiqi şirkəti ilə arasında olan problemlərdən bezdiyini, onlarla bütün əlaqəsini kəsmək istədiyini bildirmişdi.
Müğənni və şirkət dünən axşam iş birliklərini yekunlaşdırdıqları haqqında birgə bəyanat yayaraq ayrıldıqlarını açıqlayıb:
“On bir illik uğurlu tərəfdaşlıqdan sonra biz ayrı-ayrı insanlarla davam etməyə qərar verdik, Anitta bütün dəstəyə görə “Warner Music” komandasına təşəkkür edir və “Warner” komandası Anittaya gələcəkdə ən yaxşısını arzulayır”.
Qeyd edək ki, Anitta, müqaviləni dayandırmaq üçün orqanlarını hərraca çıxaracağını dedikdən bir neçə həftə sonra “Warner music”lə iş birliyinə son verib:
“Ödəməli olduğum cəriməm olsaydı, orqanlarımı hərraca çıxarmaq nə qədər mümkünsüz olsa da, bu şirkətdən ayrılmaq üçün bunu da bacarardım”, - deyə, o, keçən ay tvit yazmışdı.