Müğənni Dilarə Kazımova Hissin açıq-saçıq geyinən məşhurlarla bağlı söylədiyi fikirlərə münasibət bildirib.
OLAY yazır ki, sənətçi bu barədə “Gül kimi şou”da danışıb. O, aparıcı Cavid Gülün mövzu barədə verdiyi sualı belə cavablandırıb:
“Mən bilirəm ki, Hiss Rihannanı çox sevir, amma nəzərə alaq ki, o da çox açıq-saçıq geyinir. Əgər biz onlardan örnək götürürüksə, bunu da nəzərə almalıyıq. Məncə, hər bir mahnının öz tərzi var və biz ona uyğun geyinməliyik. Açıq geyinməyimə baxmayaraq, təhsilim, səsim var, oxuyuram. Kimisə geyiminə görə daxilən boş adlandırmaq düzgün deyil”.
Qeyd edək ki, bir neçə gün öncə Hiss sözügedən şouda bu barədə danışmışdı:
“Açıq-saçıq geyinən insanlar mənim üçün daxili boş insanlar kimi görünür. Bu, mənim fikrimdir ola bilər ki, yanılıram. Amma məncə, belə insanların içlərində bir şey olmadığına görə, geyimlərinə görə gündəmdə qalmağa çalışırlar”.
Kəmalə Bədəlova