Musiqi
Musiqi

Könül Xasıyeva uzun müddət sonra səhnədə

Könül Xasıyeva uzun müddət sonra səhnədə

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyeva konsert verib.

OLAY yazır ki, sənətçinin yaradıcılıq gecəsi Beynəlxalq Muğam Mərkəzində keçirilib.

Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçən tədbirdə Xasıyeva muğamlar, xalq mahnıları səsləndirib. Muğam ustadı Əməkdar artist Ağalar Bayramovla səhnədə olub.

Qeyd edək ki, xanəndə xeyli müddətdir səhnəyə çıxmırdı.