Musiqi
Musiqi

“Avroviziyaya dəvət olunsam, gedəcəm”

“Avroviziyaya dəvət olunsam, gedəcəm”

Müğənni Dilarə Kazımova yenidən “Avroviziya”ya qatılmaq istəyir.

OLAY yazır ki, o, bu haqda “Səhərin səsi” verilişində danışıb. Sənətçi söyləyib ki, sözügedən müsabiqəyə dəvət olunarsa, bu dəfə fərqli tərzdə gedəcək:

“Avroviziyaya dəvət olunsam, gedəcəm. Qısa və səsi göstərməyən mahnı lazımdır. Avroviziyadan sonra dəvətlər aldım, abu-havanı iki yerdə davam etdirirdim. Ancaq sonra anladım ki, mən Azərbaycanda davam etmək istəyirəm. Ukraynada 1 il yarım yaşadım, ingilis dilində albom çıxardım. İşlədiyim şəxslər hazırda dünya ulduzları ilə çalışırlar. Onlarla əlaqəmiz hələ də var.

Böyük planlar var idi, amma fikrim dəyişdi və Bakıya qayıtdım. Avroviziya ilə bağlı tədbirlərə dəvət olunuram, ancaq getmirəm. Anlamıram o tədbirlərə getmək nə üçün mənə lazımdır? Balaca tədbirlərin mənasını görmürəm, özləri toplaşır və səni çağırır”.

Qeyd edək ki, Dilarə Kazımova “Avroviziya-2014”ün Azərbaycan təmsilçisidir.

Humay İsgəndərova