Bu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb.
OLAY yazır ki, bu, barədə “Infe Azerbaijan” məlumat yayıb. Bildirilir ki, sözügedən şəxs Avropada məhşur olan danimarkalı Mads Enqqaarddır.
O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir.
Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.
Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari”, Nadir Rüstəmli “Fade to black” mahnılarının səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.