Musiqi
Musiqi

Bütün ölkələrin “Avroviziya” mahnıları bilindi

Bütün ölkələrin “Avroviziya” mahnıları bilindi

Artıq “Avroviziya-2023”də yer alacaq bütün ölkələrin təmsilçi və mahnıları bəlli olub.

OLAY yazır ki, müsabiqə qonşu ölkə Gürcüstanın iştirakçısı İrunun “Echo” ifası ilə tamamlanıb.

Mahnılar “Avroviziya”nın rəsmi yutub hesabında paylaşılıb.

Qeyd edək ki, layihə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində baş tutacaq. Ölkəmizi isə “Tell me more” ifası ilə Tural və Turan Bağmanovlar təmsil edəcək.