Bu ilin mayında keçiriləcək “Avroviziya” müsabiqəsini kimin şərh edəcəyi yarışma fanlarının marağına səbəb olub.
OLAY yazır ki, bu barədə izləyicilər bir neçə dəfə şərhçi olmuş bəstəkar-müğənni Murad Arifə sual ünvanlayıblar.
Murad isə “Bu ilin mayında mən həyatımın dəhşətli və ən möhtəşəm hadisəsini yaşamağa doğru gedirəm. Ona görə də yalnız konserti düşünürəm”, - deyə, cavab verib.
Qeyd edək ki, müsabiqə 9-11-13 mayda baş tutacaq. Muradın Heydər Əliyev sarayındakı konserti isə 19 maya təsadüf edəcək.