Musiqi
Musiqi

Ani Lorak ispan sevgilisindən danışdı

Ani Lorak ispan sevgilisindən danışdı

Müğənni Ani Lorak “Vostok FM”ə etiraf edib ki, yeni sevgilisi çətin anlarında ona dəstək olub.

OLAY yazır ki, Lorak sevgilisi ilə İbizada tanış olduğunu bildirib:

“Özümə gəldiyim və ümumiyyətlə, tarazlığımı tapdığım bir an idi. Adam kömək etdi. O, mənim müəllimim, ilhamvericidir”.

Qeyd edək ki, Lorakın yeni sevgilisi ispan İsaak Vijrakudur. O, özünü “sevinc fəlsəfəsi” anlayışını paylaşan “bütöv sağlamlıq mütəxəssisi” və “pozitiv karma istehsalçısı” kimi təsvir edir. İbizada yaşayan müəllim burada yoqa öyrədir, talismanlar satır və kiçik bir oğul böyüdür.