Musiqi
Musiqi

Məşhur Xalq mahnısına yeni nəfəs

Məşhur Xalq mahnısına yeni nəfəs

Müğənni Xəyyam Mustafazadə yeni mahnısını təqdim edib. 

OLAY yazır ki, ifaçı “Çaxmağı çax” adlı ifasına çəkilən klipi yutubda yayımlayıb. 

Ceyhun Kərimovun rejissorluğunda ekranlaşdırılan mahnının aranjımanı Vasif Adıgözəlova məxsusdur.

Qeyd edək ki, Xalq mahnısı olan “Çaxmağı çax”ı daha əvvəl mərhum müğənni Səyyad Əlizadə ifa etmişdi.