Musiqi
Musiqi

“Həyatımız tamamilə dəyişir”

“Həyatımız tamamilə dəyişir”

“Nə deyək, söz tapa bilmirik. Həyatımız bir gün içərisində tamamilə dəyişir. O qədər qeyri-adi bir hissdir ki, sadəcə sözlərlə izah etmək mümkün deyil”. 

OLAY yazır ki, bu sözləri Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edəcək TuralTuranX dueti yazıb.

Tural və Turan Bağmanovlar instaqram hesablarında açıqlama yayaraq hər kəsə təşəkkür edib:

“Yeganə tanış hiss minnətdarlıq duyğusudur. Bu duyğu hal-hazırda bütün bədənimizi bürüyüb. Sizlərə minnətdarıq, dostlarımıza minnətdarıq, ailəmizə minnətdarıq. Ən əsası isə bu mahnının ərsəyə gəlməsində ən az bizim qədər rolu olan sevgili komandamıza ən dərin minnətdarlığımızı bildiririk. Ciddən, siz olmasaydız bura qədər gələ bilməzdik. Ölkəni təmsil etmək necə də böyük bir vəzifədir, ümid edirik ki, layiqincə yerinə yetirərik”.