Musiqi
Musiqi

Sevda Ramiz Rövşənin məşhur şeirinə mahnı oxudu

Sevda Ramiz Rövşənin məşhur şeirinə mahnı oxudu

Əməkdar artist Sevda Ələkbərzadə növbəti layihəsini təqdim etməyə hazırlaşır.

OLAY yazır ki, sənətçi Türkiyənin məşhur caz musiqiçiqi Anıl Şallıellə hazırladığı albomdan ikinci mahnını yayımlayacaq. Ələkbərzadə bu barədə sosial şəbəkə hesablarında paylaşım edib:

“Dostlar, sizə Türkiyənin məhşur caz musigiçisi Anıl Şallıel ilə birgə olan albomumuzdan ikinci “January 13 for Soyberksingle” adlı kompozisiyanı təgdim edirik.

Onu da qeyd edim ki bu əsəri sənətini çox sevdiyim şair Ramiz Rövşənin sözlərinə oxumuşam. Bu albomda çalışan butun musiqiçilərə təşəkkür edirəm. Martın 10-dan bütün platformalarda dinləyə bilərsiz”.

Qeyd edək ki, sənətçinin ifa etdiyi mahnının sözləri R. Rövşənin “Yağış yuyur, gün qurudur” şeirindəndir.