Musiqi
Musiqi

Leps boşanmağına peşmandır

Leps boşanmağına peşmandır

Məşhur rus ifaçı Qriqori Leps NTV-də yayımlanan “İnanmayacaqsan!” verilişinin efirində boşandıqdan sonra keçmiş həyat yoldaşı Anna Şaplıkova ilə görüşməyə davam etdiyini bildirib.

OLAY yazır ki, sənətçi “Hər gün həyat yoldaşım və uşaqlarımla görüşürük. Mən hələ də onları ailəm hesab edirəm”, - deyə, bildirib.

Leps Şaplıkovadan boşanmağı özünün əsas səhvlərindən biri hesab edir. Müğənni ayrıldıqdan sonra ünsiyyət qurmaq imkanı yaratdığı üçün keçmiş sevgilisinə minnətdardır.

Qeyd edək ki, cütlük 2021-ci ildə 20 illik evliliklərini sonlandırıblar. Onların bu izdivacdan iki qızı və bir oğlu var.