Musiqi
Musiqi

Nigarın olduğu Dima konserti 2 milyonluq imiş...

Nigarın olduğu Dima konserti 2 milyonluq imiş...

Müğənni Nigar Camalın da səhnə aldığı Dima Bilanın konsert xərcləri açıqlanıb.

OLAY yazır ki, bu barədə prodüser Yana Rudkovskaya Beşinci Kanala müsahibəsində deyib. Rudkovskayanın sözlərinə görə, Bilanın çıxışları 1,5-2 milyon dollara başa gəlib. Onun fikrincə, bu, Bilanın öz adına və sənətçi statusuna qoyulan sərmayə idi.

Qeyd edək ki, 15 fevralda Nigar Camal həmkarı Dima Bilanla məşhur dueti “Обними меня”nı illər sonra yenidən səsləndirib. Onlar sözügedən ifanı Moskvada Bilanın sənət fəaliyyətinin 25 ili münasibətilə baş tutan konsertdə oxuyublar.