Müğənni Günay İbrahimli yeni musiqi layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi bu ilə olan sayca ikinci klipini dinləyicilərin ixtiyarına verilib.
“Kimə nə” adlı bəstə bütün musiqi platformalarına yüklənib. Sözügedən mahnının müəllifi Orxan Qarabasma və Kazım Candır.
Klip üzərində rejissor Əli Fərhad çalışıb. Bir neçə obrazda kamera qarşısına keçən Günayın layihəsində model qismində İrina Nazarenko yer alıb.