Dünyaca məşhur müğənni Teylor Svift birinci olub.
OLAY yazır ki, bu barədə IFPI (Beynəlxalq Fonoqrafik İstehsalçılar Federasiyası) məlumat yayıb. Qeyd olunub ki, 2022-ci ildə dünya üzrə ən çox mahnı satışı olan müğənni Teylordur.
Siyahıda ikinci BTS, üçüncü Dreyk, dördüncü “Bad Bunny”, beşinci “The Weeknd”, altıncı “Seventeen”, yeddinci “Stray Kids”, səkkizinci Herri Stayls, doqquzuncu Jay Chou, onuncu Ed Şiran yer alıb.